G7 ölkələrinin görüşündə hansı məsələlərə toxunulacaq? - POLİTOLOQ AÇIQLADI
“G7 ölkələrinin görüşməsinin əsas səbəbi Ukraynada baş verən hadisələrlə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Politoloqlar Mərkəzinin sədri Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən günlərdə Trampın Avropa Şurası və NATO-nun başçıları ilə görüşü baş tutdu: “Biz hazırda Qərbin Rusiyaya qarşı çıxdığının şahidiyik. 2014 və 2015-ci illərdən fərqli olaraq bu dəfə Vaşinqton və London tərəfindən kondinental Avropanın anqlo-sakson dünyası ilə yekunlaşdırılması üçün daha çox işlər görülür. Qərbi Avropa ölkələrinin və Rusiyanın yaxınlaşması məsələsi anqlo-sakson dünyasını narahat edir. Bu çağırış artıq aradan qalxmaq üzrədir. Rusiyanın Ukraynada müharibəyə başlaması bir mənalı olaraq istər-istəməz Qərbin sanksiyalara qoşulmasına gətirib çıxartdı. Hazırda məsələ Rusiyanın gələcəy aqibəti ilə bağlıdır. Ukraynada nə qədərki hərbi əməliyyatlar davam edir bu kimi görüşlər bir mənalı olaraq davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB