İnsanlar avam deyil, bütün bunları hamı başa düşür - Bəhruz Məhərrəmov
“Hazırda Ukraynaya dəstək mitinqi etmək istəyən qüvvələr üzə çıxır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, onların məqsədi bəllidir: “Hamıya məlumdur ki, Ukraynadakılara mitinqdən çox yardım lazımdır. Niyə bir dəfə Birinci Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı mitinq keçirmirlər? İnsanlar avam deyil ki, bütün bunları hamı başa düşür. Xalqın fikrinə niyə hörmətlə yanaşmırsız? Bu nə düşüncədir, xalqın fikri ilə hesablaşmıram, amma xalqı idarə etmək istəyirəm. Bunların demokratik düşüncəsi budur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB