Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir - AŞ Baş katibi

Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir - AŞ Baş katibi

"Azərbaycanın milli qurumları ilə birgə ərsəyə gətirilən yeni Fəaliyyət Planı diqqətlə hazırlanıb". SİA xəbər verir ki, bu sözləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, yanaşmalar ölkələr üzrə xüsusi olaraq təqdim edilib: "Əvvəlki fəaliyyət proqramlarında insan hüquqlarının gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Həmçinin bu sahədə ciddi nailiyyətlər qazanılıb. Qanunun aliliyi sahəsində də yeniliklər əldə edilib. Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə texniki sənəd hazırlanıb və qəbulu gözlənilir. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir. Həmin məbləğin 1.1 milyonu artıq təmin edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə