Türkiyə ilə Azərbaycanın regionda böyük rolu var - SİYASİ EKSPERT AÇIQLADI
"Güclü Türkiyə nə qədər Azərbaycan üçün önəmlidirsə, güclü Azərbaycan da bir o qədər Türkiyə üçün vacibdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi eskpert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, demək olar ki, bütün məsələlərdə bu iki dövlət bir hərəkət edir: "Çünki ortaq maraqlardan çıxış edirlər. Biz indi hər iki dövlətin bir-birinə bu qədər yaxın olmasının tarixdə şahidi olmamışıq. Əlbəttə ki, burada qardaş dövlətlərin indiki liderləri arasında olan münasibətlərin böyük önəmi var. Zamanında bir çox qüvvələr Türkiyə ilə Azərbaycanın bu qədər yaxınlaşmasını həzm edə bilmirdilər və iki dövlət arasında münasibətlərin soyumasına çalışırdılar.
İndi isə biz bunun tam əksini görürük. Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir dövlətin Türkiyə kimi strateji müttəfiqinin olması ölkəmizin müstəqil siyasət yürütməsi baxımından olduqca önəmlidir. Bu gün Azərbaycan da Türkiyə üçün həm Qafqaz, həm də orta asiyada türk dövlətləri ilə yaxınlaşmaq baxımından açar dövlətdir. Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə strateji tərəfdaşlıq bəyannaməsi olan Şuşa bəyannaməsi artıq bu münasibətlərin ən üst səviyyəsini göstərir. Bu həm regionun təhlükəsizliyi və sabitliyi, həm də bölgədə yarana biləcək təhdidlərin qarşısını alır. Türkiyə ilə Azərbaycanın müstəqil siyasət yürütməsinin ümumilikdə bütün regionun dayanıqlı inkişafı və sabitliyi və sülhün bərqərar olması və rifahı baxımından böyük rolu vardır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB