Rusiyanın Azərbaycandakı Səfirliyi partlayışla bağlı başsağlığı verib

Rusiyanın Azərbaycandakı Səfirliyi partlayışla bağlı başsağlığı verib

Rusiyanın Azərbaycandakı Səfirliyi Bakıda gecə klubundakı partlayışla bağlı başsağlığı verib.

SİA xəbər verir ki, bu barədə Səfirlik "Twitter" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmçinin zərərçəkənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığı müəyyənləşdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə