Bölgədə yaranmış yeni reallıqlar bu təklifin gerçəkləşməsinə imkan yaradır - ŞƏRH EDİLDİ
"İlk öncə Ermənistan tərəfindən 5 maddəlik Azərbaycanın heç bir marağına uyğun olmayan bir təklif irəli sürülmüşdür. Azərbaycan isə qarşılığında 5 maddəlik qarşılıqlı maraqları təmin edən bir təklif irəli sürdü”. Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu təklifə əsasən, dövlətlər bir-birinin suverenliyini dəstəkləməli, eyni zamanda, Qarabağı Azərbaycanın ərazisi kimi tanınmalı idi: “Bu təklifdə əsas söhbət siyasi, iqtisadi əməkdaşlıqdan gedirdi. Azərbaycanın irəli sürdüyü təklif beynəlxalq səviyyədə mühüm əhəmiyyət daşıyır”.
Samir Hümbətov sözlərinə belə davam edib: “İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar bu təklifin gerçəkləşməsinə imkan yaradır. Düşünürəm ki, Ermənistan bu təkliflə razılaşmağa məcburdur. Bir neçə gün öncə Ermənistanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan ilə təcili olaraq sülh danışıqlarına başlamaq məsələsi gündəmə gətirilib. Bu da təkliflə bağlı razılıq olduğuna işarə edir. Bununla da sülh danışıqları başlaya bilər. 6 apreldə ölkə başçısı cənab İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüş var. Bu görüşdə də müəyyən məsələlər müzakirə olunaraq həmin təklifdə yer alacaq. Bundan sonra da iki dövlət arasında sülh danışıqlarına başlanılması mümkün hal olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB