Aprel döyüşləri Azərbaycanın hərb tarixinə şanlı zəfər kimi yazılıb - DEPUTAT ŞƏRH ETDİ
“2016-cı ilin aprel döyüşləri Azərbaycanın hərb tarixinə şanlı zəfər kimi yazılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, məhz aprel döyüşləri zamanı Azərbaycan yeni taktiki üsullardan istifadə edərək düşmənin aşılmaz Ohanyan səddini keçərək düşməni çaşqınlığa uğratdı: “Azərbaycan ən müasir silahlarını məhz bu döyüşlər zamanı istifadə etdi. Qısa müddətdə düşmənə zərbə vuraraq Lələtəpə zirvəsini ələ keçirdi, Suqovuşan və Ağdərə istiqamətində olan yolları tam nəzarətinə götürdü. Nəzarətə götürülən yollar sayəsində Cocuq Mərcanlı qəsəbəsi yenidən salındı. Göründüyü kimi 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan əldə etdiyi zəfərlə 2020-ci ilin sentyabr ayında həyata keçirdiyimiz 44 günlük Vətən müharibəsinin zəminini yaratdı".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, insanlar bir daha əmin oldular ki, Ali Baş Komandanın rəhbərliyi altında biz erməni hərbi birləşmələrini, quldur dəstələrini torpaqlarımızdan çıxara biləcəyik: “Bu gün aprel döyüşlərindən 6 il keçir. Biz bu gün xoşbəxt xalqıq ki, torpaqlarımızı işğaldan azad etmişik. Bizim güclü ordumuz var. Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik ki, bir daha düşmən bizə qarşı təcavüz, ərazi işğalı xülyalarına düşməsin və Azərbaycan Ordusu daim ərazilərimizi qorusun”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB