Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanın nüfuzu xeyli artıb - MÜNASİBƏT BİLDİRİLDİ

Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanın nüfuzu xeyli artıb - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezident İlham Əliyevin son 4 illik hakimiyyəti dönəmində Azərbaycan dünya tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın nüfuzu xeyli artmış, öz torpaqlarını işğaldan azad etmişidir: “Azərbaycan öz gücünü bütün dünyaya bəyan etmişdir. Bu da təbii ki, Azərbaycanın beynəlxalq nüfuzuna təsir etmişdir. Eyni zamanda Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əlaqələr qurmuş və öhdəsinə düşən vəzifələri böyük ustalıqla yerinə yetirmişdir. Cənab Prezident Qoşulmama hərəkatına sədrlik edib, bir çox dövlətlərə vaksinləşmə prosesində yardımlar göstərib. Onun sədrliyi heç vaxt formal xarakter daşımayıb. Azərbaycan məhz tərəfdaşlıqla yanaşı humanist addımlar atmağa çalışıb, Covid-19-la mübarizədə zəif olan ölkələr öz dəstəyini göstərib və dünyaya necə etibarlı bir tərəfdaş olduğunu göstərib. Azərbaycan eyni zamanda dünyanın bir sıra bölgələrinin enerji təhlükəsizliyinin təminatı ilə bağlı həyata keçirdiyi layihələrlə də öz gücünü dünyaya tanıdıb. Avropanın, İsrailin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu böyükdür. Cənab İlham Əliyevin apardığı siyasətlə Azərbaycan etibarlı dost, güvənilən tərəfdaş, yardımsevər ölkə statuslarına sahib olub”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə