Milli Məclisin sədri Sahibə Qafarova 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibəti ilə öz facebook səhifəsində paylaşım edib. SİA-nın verdiyi məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarovanın 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibəti ilə paylaşdığı statusda deyilir:
“1918-ci il mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də Azərbaycan xalqı bu vəhşilikləri, etnik təmizləməni, terror və soyqırımı aktlarını unutmayacaq. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət eləsin!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB