Qarabağda gərginlik: strateji yüksəkliklərdən düşmənin başına od ələnəcək! TƏRS BAXIŞ+ÖZƏL
RSK-nın etinasızlığı və biganəliyi Azərbaycan tərəfinin erməni qanunsuz silahlı birləşmələrinin kökündən məhv edilməsi hüququnu önə çıxarır!
Artıq dəfələrlə sübuta yetirilib ki, Azərbaycanın Qarabağ regionundakı bəlli ərazilərdə qalan qanunsuz erməni hərbi birləşmələri bu ərazilərdən çıxmamaq üçün hər vəchlə müxtəlif təxribatçı əməllərə əl atırlar. Üçtərəfli bəyanatın tələb və şərtlərini bilavasitə pozmağa yönəlmiş, eləcə də regionda sülhün bərqərar olmasına, habelə suveren ərazilərimizin təhlükəsizliyinə qarşı ciddi maneələr törədən bu kimi hallar söz yox ki, Azərbaycanın Silahlı Qüvvələri, eləcə də müvafiq güc strukturlarımız tərəfindən diqqətdə saxlanılmaqdadır. Və maraqlıdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda kapitulyasiyasına imza atan Ermənistan hələ də Rusiya sülhməramlı kontingentinin (RSK) yaratdığı imkanlardan istifadə edərək Laçın dəhlizi vasitəsi ilə erməni silahlılarını ərazilərimizə göndərir, üstəlik, bu torpaqlarımızda istehkamlar, dayaq məntəqələri qurulur, səngərlər qazılır, silahlanma prosesi aparılır.
Artıq Azərbaycan cəmiyyəti də erməni tərəfinin RSK-nın etinasızlığı üzündən, yaxud bilərəkdən yaratdığı situasiyadan yararlanan düşmənin bu addımlarından hiddətlənir

Azərbaycanın hərbi rəhbərliyinin etdiyi çoxsaylı xəbərdarlıqlarına rəğmən, sözügedən əməllərinə son qoymayan erməni tərəfi rahat şəkildə, necə deyərlər, əllərini-qollarını sallaya-sallaya silahlanmağa davam edirlər. Bu kimi olaylar isə Qarabağda növbəti eskalasiyanın yaranması ehtimallarını kifayət qədər artırmaqdadır. Əbəs deyil ki, artıq Azərbaycan cəmiyyəti də erməni tərəfinin RSK-nın etinasızlığı üzündən, yaxud bilərəkdən yaratdığı situasiyadan yararlanan düşmənin bu addımlarından hiddətlənir, bu dəfə isə onların tam məhv edilməsi gününün elə də uzaqda olmadığı qənaətinə gəlirlər. Təbii ki, belə davam edə bilməz və çox yəqin, Azərbaycanın dövlət rəhbərliyi, Silahlı Qüvvələri baş verən hər kirli təxribat planlarını yalnız qeydə almır, əksinə, bütün bunlara qarşı gözlənilən güclü, sarsıdıcı zərbəni endirməyə hazırlaşır.
Söz yox ki, bu məsələdə onlara havadarlıq edən, cürətləndirən əsas tərəf məhz Ermənistandır
O da əbəs deyil ki, Azərbaycanın Şanlı Silahlı Qüvvələri Ağdamın kəndlərini təhlükə altında qoyan, bu regionumuzda aparılan tikinti-quruculuq, bərpa işlərinə maneələr və təhlükələr yaradan halların aradan qaldırılması üçün lazımi tədbirlərini həyata keçirib və məlumdur ki, hərbçilərimiz Fərrux istiqamətindəki yüksəkliklərə, eləcə də Daşbaşı strateji yüksəkliyinə sahibləniblər, qanunsuz erməni silahlı birləşmələrini oradan rədd ediblər.

Ancaq göründüyü kimi, aldıqları dərslərdən nəticə çıxarmaq istəməyən həyasız düşmən və onların tezliklə azad edəcəyimiz Xankəndi şəhərimizdə oturan baş quldurları “artsaxın” heç vaxt Azərbaycanın tərkibinə geri dönməyəcəyi ilə bağlı sərsəm bəyanatlar səsləndirir, bu da azmış kimi, indi də hansısa “xüsusi təyinatlılar dəstəsi” hazırladıqlarını iddia edirlər. Söz yox ki, bu məsələdə onlara havadarlıq edən, cürətləndirən əsas tərəf məhz Ermənistandır. Ancaq bununla yanaşı, RSK-nın ümumiyyətlə, etinasız davranması özü-özülüyündə suallar yaradır, həm də bu suallara cavabın necə olacağı proqnozunu ortaya qoyur.
Xocalının Pirlər kəndi – RSK-nın gözü qarşısında silahlanan düşmən!

Məsələn, artıq bir neçə gündür ki, Xocalı rayonunun Pirlər kəndi ərazisində qanunsuz erməni silahlılarının fəallıqları müşahidə olunmaqdadır. Artıq həmin faktı təsdiq edən videogörüntülər də mövcuddur və həmin görüntülərdən aydın olur ki, Xankəndidən və RSK-nın müvəqqəti yerləşdiyi digər ərazilərdən bu istiqamətə doğru insanlar gətirilir, onlara silah və hərbi geyimlər, təchizatlar paylanılır. Və ən maraqlısı budur ki, həmin proses RSK-nın 200 metrliyində baş verir, yəni onlar bu prosesi izləyirlər və qarşısını qətiyyən almırlar.

Üstəlik, RSK qanunsuzluqların qarşısını alması yerinə səsgücləndiricilər vasitəsi ilə sözün açığı, psixoloji təsirlərdən istifadə edərək rus mahnılarını səsləndirir, sanki “meydan oxuyurlar”. Amma bunun da bir sonunun olacağı gün uzaqda deyil, çox yaxındadır və buna şübhə belə yoxdur!
Məhz həmin prosesdən də yaranan sualın cavabı məlum olmağa başlayır: erməni tərəfinin mövcud fəaliyyəti yeni eskalasiyanın yaradılması, təxribatların törədilməsi ehtimallarını reallığa çevirməyə başlayır...
Rövşən RƏSULOV
P.S. RSK-nın etinasızlığı və biganəliyi Azərbaycan tərəfinin erməni qanunsuz silahlı birləşmələrinin kökündən məhv edilməsi hüququnu önə çıxarır. Bunu isə həyata keçirmək Azərbaycanın qəhrəman Silahlı Qüvvələri tərəfindən əsla çətin deyil – belə ki, bütün yüksəkliklər bizdədir və bu dəfə başlayacaq antiterror əməliyyatlarının qarşısını kimsə ala bilməyəcək, çünki strateji yüksəkliklərdən düşmənin başına, sözün əsl mənasında, od ələnəcək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB