"Əgər, yaxın gələcəkdə onlarla bağlı ciddi tədbir görülməsə..." - POLİTOLOQ AÇIQLADI

"Əgər, yaxın gələcəkdə onlarla bağlı ciddi tədbir görülməsə..." - POLİTOLOQ AÇIQLADI

"Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə erməni silahlı birləşmələrinin mövcudluğu, onların pozucu destruktiv fəaliyyəti əlbəttə ki, suallara gətirib çıxardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, sualların əksəriyyəti sülhməramlılarla bağlıdır: "Təəssüflər olsun ki, bu cür sualların cavab yoxdur. Nə qədər ki, bu suallara cavab tapa bilməsək, Rusiya sülhməramlıların missiyası ilə bağlı xoşagəlməz abu-hava hökm sürəcək. Digər tərəfdən son günlərdə baş verən hadisələr onu göstərir ki, sülhməramlı missiyanın açıqlamaları reallıqları əks etdirmir. Guya Azərbaycan tərəfindən hansısa şərtlər pozulub. Bu tamamilə yanlışdır. Düşünürəm ki, bu gərginliyin əsas səbəbi qeyri-qanuni erməni silahlı birləşmələridir. Əgər, yaxın gələcəkdə onlarla bağlı ciddi tədbir görülməsə, Azərbaycan tərəfi öz haqlı hüquqlarına arxalanaraq tədbir görəcək. Ümid edirik rus sülhməramlıları öz vəzifə səlahiyyətlərindən istifadə edərək erməni silahlı birləşmələrini bu regiondan çıxardacaqlar".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə