ABŞ Ermənistana maliyyə yardımını azaltdı və Qarabağa vəsait ayırmadı - AEMK
ABŞ Ermənistana maliyyə yardımını kəsəcək. Amerika Erməni Milli Komitəsi (AEMK) xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası 2023-cü ildə Ermənistana cəmi 24 milyon dollar vermək və Qarabağa vəsait ayırmamaq niyyətindədir.
AEMK-nın icraçı direktoru Aram Hambaryan bildirib ki, Ermənistanın 24 milyon dollar alması planlaşdırılır ki, bu da 2022-ci maliyyə ili üçün Konqresə təqdim edilən və bir neçə həftə əvvəl ABŞ prezidentinin təsdiq etdiyi məbləğdən 21 milyon dollar azdır: “Biz məyus olduq ki, prezident Baydenin hökumət hesabatından sonra açıqlanan və Azərbaycana 164 milyon dollardan çox hərbi yardım göstərildiyinə dair illik büdcə Ermənistana 24 milyon dollardan bir qədər artıqdır və Qarabağa yardımın konkret məbləğini əks etdirmir”.
Aram Hamparyanın qeyd edib ki, onların konqresdəki tərəfdaşları və ictimai fəalları ABŞ-ın həm Qarabağa, həm də Ermənistana yardımını artırmaq üçün fəaliyyətlərini genişləndirəcəklər.
Qeyd edək ki, ABŞ-ın 2023-cü il büdcə layihəsində Ermənistana beynəlxalq yardımlar vasitəsilə 23 milyon 405 min dollar, hərbi yardım üçün isə 600 min dollar vəsaitin ayrılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB