Təxminən iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşdirilməsi yolunda atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnib.
Ermənilərin 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri qırğınlardan 104 il ötməsinə baxmayaraq bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə genişlənib. Bu işğalçı siyasət ermənilərin Azərbaycan xalqını yer üzündən tamamilə silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarıb. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri soyqırımı haqqında bizə çatan tarixi faktlar Şamaxı, Quba, Muğan, Qarabağ, Zəngəzur qəzalarında, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib. Şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılıb.
Həmin dövrdə Şamaxı qəzasında 58, Quba qəzasında 122, Qarabağın dağlıq hissəsində 150-dən artıq, Zəngəzur qəzasında 115 kənd vəhşicəsinə dağıdılıb. Əhalinin xeyli hissəsi məhv edilib. İrəvan quberniyasında 211, Qars vilayətində 82 kənd yandırılıb. Beləliklə, S.Şaumyanın başçılıq etdiyi Bakıdakı Sovet hökuməti, onun əsasən ermənilərdən ibarət rəhbərliyi silahsız Azərbaycan xalqını məhv etmək, onu tamamilə qırıb qurtarmaq planını həyata keçirirdi.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.
Azərbaycanlılara qarşı törədilmiş bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilmişdir.
Gəray Zeynallı
YAP Laçın rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB