Delyagin Rusiyanın ictimai-siyasi xadimlərinin və dövlət rəsmilərinin hədəfində! AZƏRBAYCAN DOST ÖLKƏDİR!
Oleq Şein: “Biz özümüz öz əllərimizlə Rusiya ətrafındakı dostlar həlqəsini düşmən həlqəsinə çeviririk”
Rusiyanın Dövlət Dumasının deputatı, şovinist və millətçi Mixail Delyaginin Rusiya telekanalındakı anti-Azərbaycan xarakterli çıxışı və ölkəmizə qarşı nüvə hücumunun edilməsi ilə bağlı çağırışı Rusiyada birmənalı qarşılanmayıb. Artıq istər bu ölkənin bir sıra siyasi-ictimai xadimləri ilə yanaşı, dövlət rəsmiləri də sərt bəyanatlarını verməyə başlayıblar.
Rusiya Dövlər Dumasının sabiq deputatı və “Ədalətli Rusiya” partiyasının rəhbər üzvlərindən olan Oleq Şein bildirib ki, Rusiya ətrafındakı düşmənlərini öz əlləri ilə yaradır. O, xüsusilə, Rusiya televiziyalarında gedən təbliğatların ölkənin maraqlarına qarşı ziddiyyət təşkil etdiyini deməsi ilə yanaşı bildirib ki, belə məsələləri araşdırmaq lazımdır.
"Belə bir çağırışın edilməsi ilk növbədə Rusiya üçün məsuliyyətsiz, dağıdıcı və dəhşətli məna daşıyır"
“İndi də TV-lərdə Bakının neft sənayesinə zərbənin endirilməsi haqqında müzakirələr aparılır. Bununla bağlı araşdırma aparmaq lazımdır...”, qeyd edən Şein əlavə edib ki, belə bir çağırışın edilməsi ilk növbədə Rusiya üçün məsuliyyətsiz, dağıdıcı və dəhşətli məna daşıyır: “Biz özümüz öz əllərimizlə Rusiya ətrafındakı dostlar həlqəsini düşmən həlqəsinə çeviririk. Azərbaycan bizə dost ölkədir. Hamı rus dilində danışır. Məktəblərdə bu dillə bağlı heç bir problem yoxdur. Nəhəng mədəniyyət mübadiləsi mövcuddur”.
“Ədalətli Rusiya” partiyasının rəsmisi: “Sadə insanlar arasında bizim ölkəmizə qarşı qorxu yaratmaq və neytral dost dövlətdən düşmən düzəltmək bizə lazım deyil”
Azərbaycanın Türkiyə ilə müttəfiqlik və sarsılmazlıq münasibtətlərinin də Rusiya üçün heç bir təhdid olmadığını deyən sabiq deputat və partiya yetkinlisi əlavə edib: “Aydındır ki, türklər onlar üçün hərbi müttəfiqdirlər. Bu Qarabağ mövzusudur. Dilləri də birdir. Biz isə mədəni mübadilələr və iqtisadi bağlantılar baxımından müttəfiqik. Xeyr, anti-Rusiya ruhunu qaldırmaq, sadə insanlar arasında bizim ölkəmizə qarşı qorxu yaratmaq və neytral dost dövlətdən düşmən düzəltmək bizə lazım deyil. Qazağıstanla da eyni haldır. Biz öz əllərimizlə bu ölkələri Türkiyəyə və Çinə tərəf oriyentasiya etdiririk”.
_22.jpg)
Bu arada onu da xatırladaq ki, artıq Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaqini emosiyalarını cilovlamağa və Azərbaycana qarşı qeyri-dost bəyanatlar verməkdən çəkinməyə çağırıb, əks halda ona qarşı tədbirlər görüləcəyi xəbərdarlığını edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB