Ağdam və Xocalı istiqamətində baş verən hadisələrin əsas səbəbi… - HƏRBİ EKSPERT AÇIQLADI

Ağdam və Xocalı istiqamətində baş verən hadisələrin əsas səbəbi… - HƏRBİ EKSPERT AÇIQLADI

“Ermənistan tərəfi davamlı olaraq münaqişənin həllindən yayınmaq və sülh müqaviləsini imzalamamaq üçün bu və ya digər formada təxribatlara əl atır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bildiyimiz kimi 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatdan bu günə qədər bu kimi hallarla rastlaşmışıq: “Azərbaycan artıq konkret addımlar atmaq məcburiyyətində qalır. Hazırda Azərbaycan-Ermənistan sərhəd bölgəsində hər hansl bir problem yoxdur. Son günlər Ağdam və Xocalı istiqamətində baş verən hadisələrin əsas səbəbi 10 noyabr 2020-ci il bəyanatının icra olunmaması ilə bağlıdır. Bu müddət ərzində də bu problem öz həllini tapmayıb. Hesab edirəm ki, bu problem ciddi şəkildə həll olunmalıdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə