Ukrayna-Rusiya müharibəsinin davam etdiyi günlərdə Rusiyadan NATO-ya hədələyici bəyanat gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Ukraynaya hər hansı sülhməramlı qüvvə göndərilərsə, bu, NATO ilə Rusiya arasında birbaşa münaqişəyə səbəb ola bilər" deyə açıqlayıb.
Lavrov, həmçinin Ukrayna ilə danışıqların çətin keçdiyini və Kiyev administrasiyasının daim öz mövqeyini dəyişdiyini bəyan edib. Polşa ötən həftə bildirmişdi ki, Ukrayna beynəlxalq sülhməramlı qüvvələr göndərməli və özünü müdafiə etmək üçün lazımi vasitələri təmin etməlidir. Polşa hökumətinin mətbuat katibi Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını da bildirib.
Müharibənin 28-ci günündə Rusiya mətbuatında diqqətəlayiq bir inkişaf baş verib. Rusiyanın mərkəzi mediasında ekspertlər ekranlarda Polşanı necə bombalamağı müzakirə ediblər. Mütəxəssislər Polşanın paytaxtı Varşavanı necə bombalamağı müzakirə ediblər.
Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibə başlayandan bəri ən çox vurğuladığı şeylərdən biri də Rusiyanın hədəfinin bir çox Şərqi Avropa ölkəsi olması idi. Bu görüntülər Zelenskinin sözlərinə dəstək kimi qiymətləndirilib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB