Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri davam edir - FOTOLAR

Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri davam edir - FOTOLAR

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Pakistandakı səfirliyini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Ziyarət zamanı səfirliyin inzibati binasında ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə