Seyfəddin Əliyev: “İdmanımızdakı nailiyyətlər qalibiyət simvolumuzun təzahürüdür” RƏY
“Azərbaycan daim reallaşdırdığı uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev cənabları hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Martın 17-də Prezidentin Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür”. Bu fikirləri SİA-ya YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlər başçımız İlham Əliyevin çempion güləşçilərimizlə görüş zamanı söylədiyi kimi, idman hər bir ölkənin qüdrətini əks etdirir: “Bu mənada, Azərbaycanın idman dövləti kimi beynəlxalq nüfuzu getdikcə daha da artır. Ümumiyyətlə, idman sahəsində uğuru şərtləndirən bir neçə amil var. Onlardan da ən vacibi dövlətin idman və idmançılara göstərdiyi qayğıdır. Bu gün idmanın bütün növləri üzrə istedadlı gənclər yetişməkdədir. Hazırda dünyada həm də idman sahəsində mövcud olan rəqabət mühitində Azərbaycan idmançıları da fərqlənir və bayrağımızı uca tutur. Dövlət başçımızın vurğuladığı kimi: “Beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, eyni zamanda dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
“Ölkəmiz həm də beynəlxalq idman qurumlarının rəğbətini qazanıb. Uğurlu idman siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib, son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunmaqdadır”, deyə qeyd edən Prezident İlham Əliyev əlavə edib ki, Vətən müharibəsindən sonra idmançılarımızın beynəlxalq yarışlarda qalib dövləti təmsil edirlər: “Həmçinin, Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı möhtəşəm zəfərlə güclü-qüdrətli ölkə olduğunu, qələbə əldə edilməsində idman amilinin də çox böyük rol oynadığını bildirərək, ötən 18 ildə gənclərdə vətənpərvərlik hisslərinin daim yüksək olmasına çalışdığını bildirən cənab Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində idman sahəsində əldə edilən uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Zaman bu əminliyi sübuta yetirdi”.
Ölkə rəhbərimiz öz nitqində idmançılara müraciəti də diqqət çəkib və həmin müaricətdə bir sıra əhəmiyyətli məqamlar əkas olunub. SİTAT: “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar... Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq...”
“Söz yox ki, bütün bu gerçəkliklər özündə ən əsas və mühüm reallıqları əls etdirməkdədir”, deyən YAP Masallı rayon təşkilatının sədri əlavə edib ki, Azərbaycan Vətən müharibəsində öz ləyaqətini, insanpərvərliyini nümayiş etdirdi: “Halbuki xalqımızda düşmənə qarşı dərin nifrət var idi. Çünki işğalçı tərəfindən ölkəmizə qarşı soyqırımı törədilmişdi, etnik təmizləmə siyasəti aparılmışdı və qisas hissinin olması təbii idi. Ancaq Azərbaycan düşməndən intiqamı döyüş meydanında aldı, savaşı müharibə qanunlarına uyğun həyata keçirdi, özünü mübarizədə ləyaqətlə apardı, düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az oldu”.
Seyfəddin Əliyevin sözlərinə görə, Silahlı Qüvvələrimizdəki bu fəallığı bir amil də şərtləndirirdi və bu da Ordumuzun döyüş hazırlığının yüksək səviyyədə olmasından irəli gəlirdi: “Belə ki, uzun müddətli işğal zamanı əsgər və zabitlərimizin müharibəyə hazırlığı diqqət mərkəzində saxlanılmışdı, bunun üçün irimiqyaslı təlimlərin keçirilməsinə, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılmasına, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsinə mühüm önəm verilmişdi. Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı müasir texnologiyalar əsasında hazırlanan silahlardan istifadə edərək həyata keçirdiyi hücum taktikası dünya praktikasında ilk oldu, müasir dövrümüzdə aparılacaq müharibələrin beşinci nəsil modeli kimi qəbul edildi”.
“Prezident İlham Əliyev cənabları çıxışının sonunda azad edilmiş torpaqlarda idmanın inkişafına da xüsusi önəm veriləcəyini xatırladaraq, indidən bu işlərlə məşğul olunduğunu, Qarabağ və Şərqi Zəngəzurda stadionlar, idman kompleksləri və digər idman qurğularının tikiləcəyinin bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını da diqqətə çatdırıb”, deyə xatırladan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev sonda vurğulayıb ki, idman sahəsindəki nailiyyətlər qalibiyət simvolumuzun təzahürüdür.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB