“Novruz bayramı bəşəriyyətin mənəvi dəyəridir” - ŞƏRH

“Novruz bayramı bəşəriyyətin mənəvi dəyəridir” - ŞƏRH

“Xalqımızın ən qədim bayramlarından olan Novruz bayramı hər il ölkəmizdə ən yüksək səviyyədə qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunmuşdur”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov deyib.

Onun sözlərinə görə, Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir: “İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.Dostluq, həmrəylik bayramı olan Novruz bayramında Azərbaycan xalqının milli adət-ənənəsinə görə küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.Xalqımızın bu gözəl bayramı münasibətilə sizləri təbrik edir, uzun ömür, can sağlığı və yeni nailiyyətlər arzu edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə