Novruz bayramı dostluq, qardaşlıq, milli həmrəylik bayramıdır - ŞƏRH

Novruz bayramı dostluq, qardaşlıq, milli həmrəylik bayramıdır - ŞƏRH

Azərbaycanda mənşəyi ən qədim tarixə bağlanan bayramlardan biri Novrzu bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini nümayiş etdirən bayramdır. Novruz bayramı ölkəmizdə təzə il, baharın ilk günü kimi qarşılanır. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bu bayramı ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Bayramdan öncə hər həftənin ikinci günləri 4 çərşənbə (Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi) qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Novruz bayramında insanlar kin-küdurəti unudar, küsülülər barışar, ziddiyyətlər aradan götürülər. Ona görə də Novruz bayramı həm də dostluq, qardaşlıq, milli həmrəylik bayramıdır. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilmiş siyasət nəticəsində bu gün ölkəmizdə milli həmrəyliyin, vətəndaş birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində xalqımız möhtəşəm həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında sıx birləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində doğma torpaqlarımızı işğaldan azad etdi, erməni faşizminə qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.

Biz artıq Novruz tonqallarını doğma Qarabağımızda alovlandırırıq. Xalqımızın uzun illərdən bəri formalaşan bu müqəddəs arzusu artıq reallaşıb. Bizi bu arzuya qovuşduran, xalqımıza sonsuz sevinc, qürür hissi yaşadan Ali Baş Komandana sonsuz təşəkkürürümüzü bildirir, torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən övladlarının, qəhrəman əsgər və zabitlərimizin, erməni terrorunun qurbanı olan dinc vətəndaşlarımızın ruhunu dərin hörmət və ehtiram hissi ilə yad edir, qazilərimizə Allahdan şəfa diləyirik.

Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin, Xalqımız daim sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!

Novruz bayramınız mübarək olsun!

Ayaz Quliyev

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə