16 mart tarixində Qusar rayonunda Vətən müharibəsinin şəhidi Hüseynov Kərim Tərlan oğlunun yadigarı Nicatın 3 yaşı qeyd olunub.Bu münasibətlə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov və təşkilatın fəalları, rayonda fəaliyyət göstərən Xutorok istirahət mərkəzinin direktoru Tofik Səlimov şəhidin ailəsini ziyarət edib.
Tədbir iştirakçıları ailənin gündəlik qayğıları ilə maraqlanıb,onları Novruz bayramı münasibərilə təbrik edib,onlara bayram sovqatları təqdim olunub.
Qeyd edək ki, şəhid Kərim Hüseynovdan iki övlad yadigarı qalıb. Ad gününün iştirakçıları tərəfindən uşaqlara hədiyyələr təqdim olunub, müxtəlif əyləncələrlə azyaşlılar sevindirilib. Şəhidin ailəsi ilə söhbət zamanı atası Tərlan Hüseynov ailəsi adından onlara gostərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB