YAP Ağcabədi rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

YAP Ağcabədi rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

YAP Ağcabədi rayon təşkilatı ADPU-nun Ağcabədi filialının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndikdən sonra yığıncaq işinə başlayıb.

YAP Ağcabədi rayon təşkilatı ADPU-nun Ağcabədi filialının ərazi ilk partiya təşkilatının sədri Anar Kərimli Yeni Azərbaycan Partiyasının VII Qurultayından keçən dövr ərzində təşkilatın gördüyü işlər barədə hesabat verib. Ərazi təşkilatının üzvləri Tahir Kərimli və Mahir Səlimov çıxış edərək, görülən işlər, gələcək inkişaf prosesində hədəflərə çatmaq üçün qarşıda duran vəzifələr barədə öz fikirlərini bölüşüblər.

Yığıncaqda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək qeyd edib ki, 2021-ci ilin mart ayının 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayında müasir dövrün tələb və çağırışlarına müvafiq olaraq yeni Partiya Nizamnaməsi təsdiq edilmiş, Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul edilmişdir. Qurultayda həmçinin ölkədə fəaliyyət göstərən 6 siyasi partiya - Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası, Kəndli Partiyası, Milli Hərəkat Partiyası, Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası YAP-a qoşulması barədə müraciət etmiş və onların YAP-a birləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qurultayın qəbul etdiyi qərarlara müvafiq olaraq partiyanın fəaliyyətinə müsbət təsir edən önəmli dəyişikliklər və islahatlara başlanılmışdır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi siyasi proseslərin önündə addımlayır.

Təşkilatın hesabat dövründəki fəaliyyəti də təhlil edilib, elm və təhsil mərkəzi kimi, savadlı və bilikli mütəxəssislərin hazırlanmasında, rayonun ictimai-siyasi həyatında kollektivin və YAP üzvlərinin böyük əməyi olduğu vurğulanıb.

Hesabat-seçki yığıncağının yekununda YAP ərazi təşkilatının yeni sədrinin və müavinin seçilməsi barədə müzakirələr aparılıb.Səsvermə nəticəsində Mahir Səlimov təşkilatın sədri, Nubar Kərimova sədrin müavini seçiliblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə