Ağcabədidə şəhidin ailəsi ziyarət olunub - FOTOLAR

Ağcabədidə şəhidin ailəsi ziyarət olunub - FOTOLAR

YAP Ağcabədi rayon təşkilatının fəalları şəhid Xəyal Həziyevin ailəsini ziyarət edib. Könüllü olaraq cəbhəyə getmiş və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Xəyal Həziyevin ailəsində görüş zamanı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Xəyal Həziyevi şəxsən tanıdığını, onun qorxmaz, cəsarətli və vətənpərvər bir gənc olduğunu, müharibənin ilk günündə könüllü olaraq ordu sıralarına yazıldığını, qızğın döyüşlər gedən əraziyə yola düşməsinin şahidi olduğunu söyləyib.

Şəhidin atası Feyruz Həziyev və anası Məlahət Həziyeva övladları Vətən uğrunda qəhrəmancasına şəhid olmuş Xəyalın xatirəsini uca tutaraq Novruz bayramı ərəfəsində onları ziyarət etdiklərinə görə öz təşəkkürlərini bildiriblər.

Şəhid valideynləri onu da bildiriblər ki, biz Vətən müharibəsində övlad itirsək də, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən 30 il işğal altında olan torpaqlarımızın Erməni tapdağından geri alınması dərdimizə məlhəm qoydu. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə şəfa versin.

Ziyarət zamanı şəhid Xəyal Həziyevin cəbhədə göstərdiyi şücaətlərə görə ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Füzulinin azad olunmasına" görə aldığı medalların sənədləri, həmçinin yaşadığı evdə şəhid xatirəsinə düzəldilmiş xatirə guşəsinə baxış keçirilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə