Antalya Diplomatiya Forumu münaqişələrin həlli üçün siyasi sahəyə çevrilib - ŞƏRH EDİLDİ
“Antalya Diplomatiya Forumunun keçirilməsi məhz Türkiyənin siyasi rolunun artmasına dəlalət edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, NATO üzvü olan bir dövlətin ərazisində belə bir forum keçirilir və bu dövlət BMT-nin nizamnaməsinə uyğun olaraq barışdırıcı missiyanı öz üzərinə götürüb: “Nəzərə alsaq ki, Türkiyə Yaxın Orta Şərqdə deyil, artıq Asiya və Avrasiya materikində belə kifayət qədər siyasi nüfuza malikdir. Bu siyasi nüfuz getdikcə artır. Burada Ərdoğanın həyata keçirdiyi ağıllı xarici siyasəti danmaq mümkünsüzdür.
Diplomatik Forumunun başqa bir əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq müharibənin getdiyi bir şəraitdə Ukrayna və Rusiyanın xarici işlər nazirləri bir araya gələcək. Bu görüşlərin Antalyada keçirilməsi çox mühüm məsələdir. Antalyada keçirilən Diplomatiya Forum baş verən və yaxud da başa çatmış münaqişələrin həlli üçün siyasi sahəyə çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB