Antalya Forumu Azərbaycan-Ermənistan münasibətləri üçün mühüm rol oynayır - POLİTOLOQ AÇIQLADI
“Türkiyədə keçirilən Antalya Forumunda Azərbaycan da iştirak etdi”. Bu sözləri SİA-ya açıqlqmasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, belə beynəlxalq platforma da bizim ölkəmizin iştirakı Azərbaycanın geosiyasi mövqeyinin bir daha təsdiq edilməsinə və ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında mühüm əhəmiyyətə malikdir: “Hesab edirəm ki, Antalya Forumun da Azərbaycan və Türkiyənin birgə şəkildə çıxış etməsi çox mühüm bir hadisədir. Həmçinin bu Forumun baş tutması Azərbaycan və Ermənistan arasında gedən proseslərin fonunda Azərbaycan dövlətinin mövqeyinin önə çıxmasında da mühüm rol oynay,ır. Fikrimcə, Antalya Forumunda humanitar, siyasi, diplomatik, hərbi məsələlər müzakirəyə çıxarılaraq, dünya dövlətlərinin rolu, verdiyi mesajlar, dəyişən geosiyasi nizam və s. kimi mövzular müzakirə olundu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB