Rusiya-Ukrayna münaqişəsində maddi zərər və insanlıq faciəsi var -POLİTOLOQ ŞƏRH ETDİ

Rusiya-Ukrayna münaqişəsində maddi zərər və insanlıq faciəsi var -POLİTOLOQ ŞƏRH ETDİ

“Hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibədə atəşkəsin əldə olunması mümkün olmayıb. Antalya Diplomatiya Formunda Ukraynanın və Rusiyanın Xarici İşlər naziri arasında görüş keçirilsə də tərəflərin arasında razılıq əldə etmək mümkün olmayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, buna görə də tərəflərin öz siyasi iddialarını və geosiyasi ambisiyalarını bir qədər kənara qoyması tələb olunur:
“Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşğolu da Rusiya və Ukrayna arasında hazırda baş verən müharibənin aradan qaldırılması, qan tökülməsinin yolverilməzliyi haqqında fikirləri də məhz sülhə çağırışı ilə bağlıdır. Lakin ilk növbədə Rusiyanın Ukraynaya müdaxiləsi prosesi dayandırılmalı və siyasi danışıqlar davam etdirilməlidir. Rusiyaya qarşı tətbiq olunmuş sərt iqtisadi sanksiyalardan da görünür ki, Rusiyanın Qara dəniz ətrafında öz geosiyasi ambisiyalarının icrasına mane ola bilməyəcək. Eyni zamanda Kiyev ətrafında da Rusiya qüvvələri ciddi şəkildə cəmləşiblər. Hazırki vəziyyət Rusiyanın bu planların icrasına daha da israrlı olduğunu göstərir. Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər NATO və onu təmsil edən rəsmilər də bu qənaətdədir ki, müdaxilə probleminin qarşısı mütləq şəkildə alınmalıdır. Ukraynanın silahla təchizatı, iqtisadi yardımların edilməsi prosesi də getdikcə güclənir. Bir çox ölkələr Ukrayna tərəfdən vuruşmaqdan imtina etdi. Rusiya ilə fikir ayrıseçkiliyi olması və əgər hər hansısa dövlət Rusiyaya qarşı Ukrayna cəbhəsində qalacaqdırsa, bu üçüncü dünya müharibəsi ilə nəticələnə bilərdi. Bu səbəbdən hər hansısa dövlətlər birliyi Ukraynanı müdafiə etmədilər. Yalnız kənardan dəstəkləməklə kifayətləndilər. Ukrayna xalqı öz ərazilərinin müdafiəsi ilə məşğuldur. Könüllü batolyanlarla yanaşı, kənardan muzdlu qüvvələr də Ukraynaya gəliblər və Ukraynanın müdafiəsini təşkil edirlər. Arzuolunandır ki, tez bir zamanda siyasi danışıqlar yolu ilə problemin həlli variantı tapılsın və baş vermiş proseslər humanitar əsaslarla öz həllini tapsın. Çünki ortada böyük bir maddi zərər və insanlıq faciəsi var”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə