YAP-ın VII qurultayı cəmiyyətin Zəfər qürurunu yaşadığı bir vaxtda olduqca gərəkli vəzifələr müəyyənləşdirdi ŞƏRH
2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsindən bir il ötür. Ötən bir il ölkəmizin də həyatında mühüm tarixi məqamlarla yadda qalıb. Ən əsas məqam isə, ötən dövrdə Azərbaycanın əsas hədəfləri işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyasını genişləndirmək, Böyük Qayıdışı reallaşdırmaq. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Başqa cür də ola bilməzdi. Çünki Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaranan YAP ölkəmizin, xalqımızın həyatında olduqca təsirli rol oynaya biləcəyini qısa zaman kəsiyində inamla nümayiş etdirdi. Bu gün Ulu Öndər Heydər Əliyev siyasi irsini yaşadaraq həm dövlətə, həm Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə milli inkişaf və maraqlarımızın qorunması istiqamətində yorulmadan fəaliyyət göstərən Prezident cənab İlham Əliyev ölkəmizi yeni bir keyfiyyət mərhələsinə yüksəltdi. Və VII qurultayın keçirilməsini isə başlıca olaraq, tam yeni reallıqların yaranmasını zəruri etdi. Bu reallıqların yaranması isə, cənab Prezidenti İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası iqtidarının praqmatik düşüncəyə, strateji baxışlara söykənərək həyata keçirdiyi fəaliyyətin nəticəsidir. Ölkə Prezidenti YAP-ın VII qurultayında çıxışı zamanı demişdir: “Yeni vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatını şərtləndirdi. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaratmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.”
Təsadüfi deyil ki, Prezident İlham Əliyev cənabları qurultaydakı nitqində vurğuladı. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
Daha bir mühüm amil isə, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilməsi oldu. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı, qərarlar verildi. Onu da qeyd etmək yerinə düşərdi ki, partiyanın əvvəlki Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Lakin buna baxmayaraq, ötən dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atıb. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni Nizamnamədə öz əksini tapıb. Bütövlükdə isə, bütün bu kimi uğurlu addımlar partiya həyatında daha çevik idarəetmə mexanizminin formalaşdırılmasına stimullarını verdi.
Göründüyü kimi, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyası olduğunu göstərdiyi kimi, 44 günlük vətən müharibəsində də Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitləri ilə birlik nümayiş etdirərək 30 illik torpaq həsrətinə son qoyulmasına, haqq, ədalət, ərazi bütövlüyümüz bərpa olunmasına öz layiqli töhvələrini vermişdir. Və Partiyanın bir il əvvəl - 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir. Dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşkilatın tarixində növbəti dönüş nöqtəsi, yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapdı. Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. VII Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olundu və Yeni Nizamnaməyə əsasən, Qurultay Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edildi, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. VII Qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunması ilə Partiyanın daha təkmil idarəetmə formasını müəyyən etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Eyni zamanda, Partiyanın Mərkəzi Aparatının strukturunun təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamı imzalandı. Digər bir məqam isə, peşəkarlıq, dövlətçilik və vətənpərvərlik YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır. Məhz bu amillər nə2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edildi. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olundu.
Beləliklə, xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı ölkə Prezidenti İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi oldu. Və bu gün qürurverici haldır ki, hər zaman siyasi proseslərin önündə olan hakim partiya 30 illik yubileyinə də daha fəal və mətin addımlarla qədəm qoyur.
Bir sözlə, bütün bunlar sübut edir ki, Yeni Azərbaycan Partiyası qarşıda duran məqsədlərə yol açan dünənin, bu günün və gələcəyin partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq: «Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir”.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB