Rusiya ilə Ukrayna arasında müharibənin getdiyi, gərginliyin gündən-günə artığı bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə əks-mövqedə dayanan bir ölkəyə - Fransaya səfər etməsi yeni bir xəyanətin ifadəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahi Rzayev deyib.

Komitə sədri qeyd edib ki, əslində bu gün daim Rusiyadan yardım alan, bu dövlətin vassalı kimi tanınan Ermənistan çətin gündə onu himayə edənin, qoruyanın yanında olmalı, ona dəstək verməli idi, sncaq biz əksini görürük.
“Ermənistan yenə də köhnə xislətinə sadiqdir. Yaradanına, çörək verəninə, ölümdən qurtaranına xilaf çıxır, onu satır, başqasının kölgəsinə sığınır. Digər tərəfdən Ermənistan yaranmış vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə etmək fikrindədir. Azərbaycan ərazilərində məskunlaşan erməni silahlıları yeni təxribatlar törətməklə, atəşkəsi pozmaqla Rusiyanın diqqətini əsas məsələlərdən yayındırmağa, özlərinə cəlb etməyə çalışırlar. Sözsüz ki, bu xarici ölkələrdən onlara ötürülmüş mesajlar, tapşırıqlardır.
Ermənistan rəhbərləri, eləcə də Nikol Paşinyan xarici ölkələrə səfərlər etməklə, diqqəti təxribatlara yönəltməklə varlıqlarını, hələ də yaşamaqda olduqlarını sübut etmək niyyətindədilər. Ancaq yanılırlar. Onlar bir dövlət kimi tanınmaq istəyirlərsə ilk növbədə öz vədlərinə sadiq olmalı, çirkin, xəyanətkar əməllərindən əl çəkməlidirlər. Anlamalıdırlar ki, təcavüz, təxribat başqalarının torpaqlarına sahib olmaq xəyalı onlara fayda vermir və verməyəcəkdir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB