“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində canı, qanı bahasına döyüşərək, vuruşaraq torpaqlarımızı işğaldan azad etdi və bütün sərhəd boyu öz mövqelərini möhkəmləndirdilər. Ancaq unutmamalıyıq ki, 30 ilə yaxın bir müddət ərzində işğal altında olan bu ərazilərin azad edilməsi, 21-ci əsrdə ədalətli və ləyaqətli müharibənin həyata keçirilməsi çox qəliz və çətin bir proses idi. Amma Azərbaycan ordusunun ən müasir silahlarla təchiz olunması və dövrün tələblərinə cavab verən ordu quruculuğu sayəsində bu mümkün oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, həmin torpaqları görməyən əsgərlərimiz, zabitlərimiz həmin torpaqlar uğrunda döyüşdülər, vuruşdular: “Müasir silahların üstünlüklərindən istifadə edərək sürətli hibrid müharibə həyata keçirtdilər. Müharibənin gedişində dünyanın bir çox hərbi mərkəzləri, akademiyaları məhz İkinci Qarabağ müharibəsini öyrənərək kursantlarının öyrədilməsində istifadə etməyə başladılar. Unutmamamlıyıq ki, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan müasir silahlardan istifadə etməklə yanaşı, həmçinin bir çox ərazilərin işğaldan azad olunmasında qəhrəmanlıq nümayiş etdirdilər.
Xüsusilə Şuşa döyüşlərini qeyd etmək lazımdır. Çünki Şuşa bizim üçün çox müqəddəs, önəmi vacib olan bir şəhərdir. Şuşanın bombalanması və dağıdılmasını istəmirdik. Bu səbəbdən Şuşanı tamamilə fərqli taktika həyata keçirdərək azad etməyi planlaşdırdıq. Bu gün bütün dünya Şuşa döyüşlərindən danışır. Müasir dövrdə Şuşa döyüşünü həyata keçirtmək hər ordunun, hər millətin bacardığı bir iş deyil. Ancaq biz qəhrəmanlıq nümayiş etdirərək başda Şuşa olmaqla torpaqlarımızı işğaldan azad etdik”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistandan fərqli olaraq çox ləyaqətli və ədalətli müharibə həyata keçirtdi: “Biz dinc sakinlərə zərər vermədik. Amma çox təəssüflər olsun ki, Ermənistam tərəfi bizim dinc sakinlərimizin və vətəndaşlarımızın yaşadıqları şəhərləri və rayonları atəşə tutdular. 44 günlük Vətən müharibəsi zamanı biz bir çox ölkələrdən dördüncü nəsil silahlar almışdıq. Məhz həmin silahlardan istifadə nəticə etibarilə müharibənin daha sürətli və çevik həyata keçirtməyə imkan verdi. Azərbaycan bu gün də ordusunun xərclərini və büdcəsini azaltmayıb. Əksinə ordu xərcləri daha da artırılıb. Biz daha müasir və daha güclü ordu qurmağa başlamışıq. Artıq Azərbaycan Ordusu istənilən hava şəraitində, istənilən məkanda eyni anda əməliyyat həyata keçirtmək və torpaqlarımızı qorumaq gücündədir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB