Tural Qasımlı: “Azərbaycan xalqı öz Prezidentinə dərin inam bəsləyir” RƏY

Tural Qasımlı: “Azərbaycan xalqı öz Prezidentinə dərin inam bəsləyir” RƏY

"Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən asılıdır”. Bunu SİA-ya açıqlamasında YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı deyib. Onun sözlərinə görə, 30 ildən çoxdur ki, müstəqilliyinin bərpasının bəhrələnən, müsbət nəticələrini aydın görən Azərbaycan xalqı öz Prezidentinə dərin inam nümayiş etdirir: “YAP hər zaman uğurları ilə seçilir. Cəmiyyətdə böyük hörmət və nüfuz sahibi olan YAP üzvləri ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışırlar, regionda və dünyada ən inkişaf etmiş nümunəvi bir dövlət qurmaqda, onu möhkəmləndirməkdə davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə