YAP Quba rayon təşkilatının yeni ərazi partiya təşkilatları yaradılıb FOTOLAR
Sıralarında 9010 üzvü birləşdirən YAP Quba rayon təşkilatının ərazi partiya təşkilatlarının say tərkibi genişlənir. Zərdabi qəsəbəsi Meyvəçilik, çayçılıq elmi-tədqiqat institutu ərazi partiya təşkilatı, Zərdabi İnternat Məktəbi ərazi partiya təşkilatı, Reablitasiya Mərkəzi ərazi partiya təşkilatları yaradılıb.Tədbir Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan danışıb. Sədr YAP Quba rayon təşkilatı olaraq bundan sonar da Partiyanın Sədri Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, partiyanın işinin irəli aparılmasında var qüvvə ilə çalışdıqlarını qeyd edib.
Sonra təşkilati məsələyə baxılıb. Yeni yaradılan ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib. YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, yeni seçilənlərə fəaliyyətlərində uğurlar arzulayıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB