Azərbaycan beynəlxalq sülhü qorumaq istiqamətində çox mühim addımlar atıb

Azərbaycan beynəlxalq sülhü qorumaq istiqamətində çox mühim addımlar atıb

“Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini elan etdikdən sonra beynəlxalq birliyin tam hüquqlu üzvü olub. 1992-ci ilin mart ayının 2-də BMT-ə üzv olmaq Azərbaycanın imkanlarını bir qədər də genişləndirib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bu universal platforma İkinci Dünya Müharibəsindən sonra yaranıb və dünya dövlətlərini öz ətrafında birləşdirir: “BMT çərçivəsində Azərbaycan-Ermənistan münaqişəsinə diqqəti cəlb edib. Azərbaycan həqiqətlərinin məhz BMT platformasından dünya ictimaiyyətinə çatdırılması prosesi həyata keçirilib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş 4 qətnamə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazindən təcili və qeyri-şərtsiz çıxarılmasını tələb edirdi. Bu qətnamələr sayəsində Azərbaycan digər regional və beynəlxalq təşkilatların dəstəyini qazanmış və müvafiq qətnamələr qəbul olunmuşdur. Eyni zamanda Azərbaycan 44 günlük Vətən müharibəsində BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edərək, özünümüdafiə hüququ sahəsində 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqları işğaldan azad edib. Məhz hərbi əməliyyatların Azərbaycan ərazisində keçirilməsi Azərbaycanın bu işdə haqlı və ədalətli olduğunun bir göstəricisi olmuşdur. Digər önəmli məsələ həm də Azərbaycan BMT çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fəaliyyətinə həsr olunub. Azərbaycan 2012-13-cü illərdə qeyri-daimi üzvü seçilib. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Azərbaycan tərəfindən həyata keçirilib. 2 aylıq sədrlik dönəmində Azərbaycan beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq istiqamətində çox mühim addımlar atıb. BMT ilə İslam Tərəfdaşlıq təşkilatı dövlətləri təşkilatı formalaşdırılması, həyata keçirilməsi baxımından dəstəklənib. BMT-nin xüsusi sessiyasının universal formada əlçatanlığın təmin edilməsi qətnamənin qəbul edilməsi təşəbbüskarıdır”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə