8-10 kilometr aralıqda qızğın döyüşlər gedir - FOTOLAR - AZƏRBAYCANLI TƏLƏBƏ
“Bütün Azərbaycan xalqını salamlayıram. Hal-hazırda Kiyevdə Lesnoy Massivdəyik. Kiyev Ticarət və İqtisad universitetinin tələbələriyik”. Bu sözləri SİA-ya açıqlamasında Kiyev Ticarət və İqtisad universitetinin tələbəsi Rüstəm Muxtarov deyib.
Onun sözlərinə görə, axşam vaxtı günümüz bunkerlərdə keçir: “Günorta vaxtı isə yuxarı qalxırıq. Hal-hazırda 8-10 kilometr aralıqda qızğın döyüşlər gedir. Ərzaq və digər hər bir şeyimiz var. Hər şey qaydasındadır”.
“Dekanımız hər bir tərəfdən bizə köməklik edir. Bu gün, maksimum sabah xüsusi təyinatlılar bizi sərhədə aparacaq və oradan da vətənə yollanacağıq. İnşallah hər şey yaxşı olar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB