Prezidentin “peyvənd millətçiliyi”ni qınamasını xüsusi vurğulamaq lazımdır - MÜNASİBƏT BİLDİRİLDİ

Prezidentin “peyvənd millətçiliyi”ni qınamasını xüsusi vurğulamaq lazımdır - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün COVİD 19 pandemiyasının geniş yayıldığı bir zamanda bütün dünya ölkələrinin səylərinin birləşdirməsi, pandemiyanın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində birgə səylərin göstərilməsi zəruri sayılan addımlardandır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

Onun sözlərinə görə, ölkəmizdə COVİD-19 pandemiyasının yayıldığı gündən başlayaraq görülmüş silsilə tədbirlər, Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, eləcə də paytaxt və bölgələrdə pandemiya ilə mübarizədə əhəmiyyətli rol oynayacaq modul xəstəxanaların açılması böyük əhəmiyyət kəsb edir: "Xüsusi ilə, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və digər ehtiyat mənbələri hesabına pandemiya ilə mübarizənin və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi, bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların ölkəyə gətirilməsi, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, əlavə müavinətlərin ödənilməsi, dezinfeksiya işlərinin genişləndirilməsi pandemiya ilə mübarizə sahəsində əhəmiyyət kəsb edən xüsusi məsələlərdəndir.
Bütün bunlarla yanaşı Azərbaycanın ölkə daxilində COVİD-19 pandemiyası ilə apardığı qətiyyətli mübarizə ilə yanaşı Qoşulmama Hərəkatı kimi dünyada ikinci böyük beynəxaq təşkilatın rəhbəri kimi qlobal çərçivədə bu sahədə görülən işlərə də biganə yanaşa bilməz.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videomüraciət formatında çıxışı zamanı dünyada mövcud olan “peyvənd millətçiliyi”ni qınaması və əsil lider mövqeyi sərgiləməsini xüsusi vurğulamaq lazımdır.

Məhz bu çıxışın və irəli sürülmüş bütün dünyanın maraqlarına cavab verə biləcək təkliflərin nəticəsi olaraq “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihəsinin BMT-yə üzv 126 dövlət həmmüəllif qismində qoşulması və qəbulu Azərbaycanın lider dövlət kimi təzahürünün göstəricisi sayıla bilər.

Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu xüsusi olaraq vurğulanır. Eyni zamanda, bu qətnamədə COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığınəhəmiyyəti xüsusi olaraq göstərilir.

Təsadüfü deyildir ki, 2020-ci ildən başlayaraq Azərbaycan dünyanı cənginə alan koronovirus pandemiyası ilə mübarizə çərçivəsində Qoşulmama Hərəkatına rəhbərlik edən dövlət kimi dünya birliyinə həmrəylik əlaməti olaraq, pandemiya ilə mübarizəni dəstəkləmək məqsədilə birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdirilməkdədir. Hazırda ölkəmiz tərəfindən Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.

Dünyada yaranmış yeni reallıqlara hər zaman çevik, reaksiya verən Azərbaycan qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verərək geniş fəaliyyət planı qəbul etmişdir.

Bu baxımından İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrin siyahılamasında Azərbaycanın adı birincilər cərgəsində gəlməsi heç də təəccüblü deyildir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə