Rusiya ilk dəfə olaraq özünün də itkilərinin olduğunu qeyd edib

Rusiya ilk dəfə olaraq özünün də itkilərinin olduğunu qeyd edib

“Rusiya KİV-i Ukraynadakı təmizləmə, müdaifə əməliyyatı adlandırdığı əməliyyatların çox uğurla getdiyini deyir. Ukrayna tərəfi isə əksinə, Rusiyanın keçirdiyi birmənalı uğursuzluğunu olduğunu qeyd edir. Eyni zamanda bir çox yerlərdən də bu əməliyyatların uğursuzluğu ilə bağlı xəbərlər verilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, Putin 4 gün ərzində Ukraynanı, hətta Kiev hakimiyyətini devirməyi qarşıya məqsəd qoymuşdu. Ancaq xırda şəhər və kəndlər istisna olmaqla qarşıya qiyduğu Kiev, Xarkov və digər şəhərləri ələ keçirə bilmir, bu bir faktdır. Rusiya ilk dəfə olaraq axşam özünün də itkilərinin olduğunu qeyd etdi. Əvvələr isə bunu inkar edirdilər. Ukrayna qaynaqlarında isə 4000 əsgərin öldürüldüyü deyilir. Bunlar mübahisəli mövzulardır. Rusiya daha çox danışıqlara getməyə həvəslidir. Bunun da səbəbi onunla izah olunur ki, açıqdan-açığa görünür ki, Rusiyanın atdığı addımlar uğurla nəticələnməyib. Bir çox məlumatlar gəlir ki, Rusiya silahları artıq tükənməkdədir. Bununla bağlı video-görüntülər də var. Tank, zirehli texnikaları sıradan çıxarılıb və.s

Əlbəttə ki, danışıqlara hər iki tərəf razıdır. Rusiya da danışıqların olmasını gözləyir. Zelenski də öz çıxışında bütün Ukrayna vətəndaşlarının hər birinin əziz olduğunu bildirib. Ukrayna da öz növbəsində danışıqlara həmişə razı olub. Eyni zamanda Ukraynanın NATO, Avropa İttifaqına girməsi ilə bağlı müzakirələr aparılır.
Hər bir sahədə mübarizə gedir. Tərəflərin qüvvələri tükənir. Ukraynanın isə canlı qüvvəsi var, Avropa ona yardım edir. Azərbaycan tərəfi də ləvazimat cəhətdən Ukraynaya haqlı olaraq köməklik edir. Hər iki tərəflə vasitəçilik edilir, vəziyyətin düzəldilməsinə çalışılır”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə