Ukraynadan təxliyə edilən türkləri aparan ilk avtobuslar Türkiyəyə çatıb
Rusiya-Ukrayna böhranı ilə əlaqədar Ukraynadan təxliyə edilən Türkiyə vətəndaşlarını aparan ilk avtobuslar Türkiyəyə çatıb. SİA xəbər verir ki, təxliyə planı Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Ukraynanın hava sahəsinin bağlı olması səbəbi ilə quru yolla ötən gün yola çıxan ilk avtobuslar Rumıniya və Bolqarıstandan keçərək Türkiyəyə çatıb.
Təxliyə prosesi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB