YAP Ağcabədi rayon təşkilatı Pedaqoji kollec ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və Kollecin bir qrup fəal Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin Kollecin foyesində qoyulmuş büstü və Vətən müharibəsində şəhid olan ağcabədililərin xatirə lövhəsi önünə tər çiçəklər düzərək, onların əziz xatirəsi ehtiramla yad ediblər.
Hesabat-seçki yığıncağının əvvəlində Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yığıncaqda Pedaqoji Kollec ərazi ilk partiya təşkilatının sədri Rövşən Bayramov ötən konfransdan keçən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzəsi ətrafında Vətən müharibəsinin iştirakçıları Şahin Rəhimov, Bəxtiyar Əliyev və Səbuhi Atakişiyev çıxış edib, təşkilatın gördüyü işlər, rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə kollektiv üzvlərinin fəal iştirak etdiklərini qeyd edib.
Təşkilatın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.
Sonra təşkilati məsələyə baxılıb. Açıq səsvermə yolu ilə Rövşən Bayramov yenidən ərazi ilk partiya təşkilatının sədri, Bəxtiyar Əliyev və Şahin Rəhimov sədrin müavinləri seçiliblər.
Yığıncağın sonunda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, Pedaqoji Kollec ərazi ilk partiya təşkilatının rayonda keçirilən tədbirlərdə, xüsusən Şuşanın alınması və Zəfər Qələbəsi münasibətilə YAP Ağcabədi rayon təşkilatının keçirdiyi yürüş və tədbirlərdə fəal iştirak etdiklərini qeyd ediblər.Rövşən Əhmədov YAP-ın VII qurultayının qarşıya qoyduğu vəzifələrdən, Azərbaycanla Rusiya Federasiyası arasında müttəfiqlik haqqında Bəyannamənin Azərbaycanın geosiyasi maraqlarına cavab verən bir sənəd olduğunu vurğulayıb. Bəzi qaragüruhçu, antimilli ünsürlərin Bəyannamənin bəndlərinin Azərbaycanın müstəqilliyinə uyğun olmadığı barədə sosial şəbəkələrdə destruktiv məlumat yaydıqlarını, onların Ukraynada cərəyan edən hadisələri və başlayan müharibənin siyasi nəticələrini dərk etmədiklərini qeyd edib. Kollektivin çoxsaylı partiya üzvlərini sosial-şəbəkələrdə fəal olmağa, ölkənin müstəqilliyini və inkişafını gözü götürməyən qüvvələrə layiqli cavab verməyə səsləyib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB