Ukraynanın beynəlxalq dəstək gözlədiyi bir anda onu meydanda tək qoydular -ŞƏRH EDİLDİ

Ukraynanın beynəlxalq dəstək gözlədiyi bir anda onu meydanda tək qoydular -ŞƏRH EDİLDİ

“Rusiya ilə Ukrayna arasında vəziyyət çox ciddidir, müharibə gedir. Müharibənin qarşısını almaq üçün əvvəlcədən diplomatik əlaqələr gücləndirilməli idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, biz müharibəni təşviq etmək üçün irəli sürülən tezislərin nəticəsini bu gün görürük. Müxtəlif media sahəsində manupulyasiyaların edilməsi, müxtəlif işğal faktlarının qeyd olunması və digər hallar bu gün ağır nəticələrlə tərəfləri üz-üzə qoyub. Ukraynanın beynəlxalq dəstək gözlədiyi bir anda onu meydanda tək qoydular. NATO qüvvələri Ukraynaya hərbi yardımlar etsə də yalnız iqtisadi sanksiyalarla, Ruiyanın işğalını qınamaqla məhdudlaşır. Bu da tendesiyanı formalaşdırır. Rusiya tərəfindən iqtisadi sanksiyaların daha da gücləndirilməsi Qərb analitiklərinin diqqətindədir. Bu prosesdə məhz Rusiyanın iqtisadi çökdürülməsi müşahidə oluna bilər. Hazırki fazaya qarşı baş verən proseslərdə diplomatik siyasi məsələnin həll edilməsi önəmli idi. Hazırda da diplomatik sahədə olan fəaliyyət tükənməyib. Daha da gücləndirmək və qan tökülməsinin qarşısını almaq xarakteri daşıyır. Hazırda tərəflər arasında itkilərin də olduğunu nəzərə alsaq burada mülki şəxslərin də münaqişəyə öz iradələrindən kənar cəlb olunmasının qarşısını almaq üçün məhz müdriklik nümayişi olunmalıdır. Eyni zamanda tərəflər arasında vasitəçilik düşünürəm ki, tərəflər gücləndirilməlidir. Tərəflərə qarşı irəli sürülən iqtisadi sanksiyalar paketi, xüsusilə Rusiyaya qarşı bu fəaliyyətin genişlənidirilməsi düşünürəm ki, hərbi əməliyyatları dayandıra bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə