G7 Rusiyaya qarşı sarsıdıcı sanksiyalar tətbiq etməyə razılaşdı - Bayden
G7 ölkələrinin liderləri Ukraynaya qarşı silahlı təcavüz aktına görə Rusiyaya qarşı sarsıdıcı sanksiyalar paketinin tətbiqi barədə razılığa gəliblər. SİA “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden digər liderlərlə görüşündən sonra bildirib.
"Bu gün mən prezident Putinin Ukraynaya əsassız hücumunu müzakirə etmək üçün G7 həmkarlarımla görüşdüm və biz Rusiyanı məsuliyyətə cəlb etmək üçün dağıdıcı sanksiyalar paketini və digər iqtisadi tədbirləri tətbiq etməyə davam etməyə razılaşdıq", - Ağ Ev rəhbəri özünün Twitter səhifəsində bildirib.
Bayden həmçinin əlavə edib: “Biz cəsur Ukrayna xalqının yanındayıq”.
Xəbər verilir ki, cümə axşamı səhər Vaşinqtonda G7 ölkələrinin liderlərinin virtual görüşü keçirilib. Həmin gün Ağ Ev rəhbərinin Rusiyanın Ukraynaya silahlı təcavüzü ilə bağlı vəziyyətlə bağlı çıxış edəcəyi gözlənilir.
Vladimir Putin Donbassda xüsusi hərbi əməliyyatın başladığını elan edib. Fevralın 24-ü səhər saat 4 radələrində Moskva Ukraynaya zərbələr endirib və müharibəyə başlayıb.
Ukrayna ərazisində hərbi vəziyyət tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB