Dumanın komitə sədri: “Bu, müharibə deyil, xüsusi əməliyyatdır” - ŞƏRH

Dumanın komitə sədri: “Bu, müharibə deyil, xüsusi əməliyyatdır” - ŞƏRH

Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Anatoli Vıbornı “Pravda.Ru”ya şərhində Rusiya prezidenti Vladimir Putinin Donbass və Ukraynada xüsusi əməliyyat keçirmək qərarının mahiyyətinə toxunub. Şərhi oxucularımıza təqdim edirik.

Deputat Rusiya ordusunun əməliyyat keçirməsini gözlənilən adlandırıb. Parlamentarinin vurğuladığı kimi, Moskva 8 ildir ki, Ukrayna hakimiyyətini Donbassdakı münaqişəni sülh yolu ilə həll etməyə sövq etməyə çalışır, lakin bu cəhdlər heç bir nəticə verməyib: "Ümumiyyətlə, ölkəmizin xarici siyasətinə əsaslanaraq, Rusiya sülhü rəhbər tutur. Əməliyyatın mülki şəxslərə aidiyyatı yoxdur, Donetsk və Luqanskla bağlı təxribatları dayandırmaq lazımdır. Hər kəs bilir ki, bu ərazilərdə çoxlu soydaşlarımız yaşayır, ümumilikdə 800 mindən çox. Biz əməkdaşlıq və yardım haqqında müvafiq sazişlər bağlamışıq”.

Eyni zamanda o, Rusiya hakimiyyətinin səbrinin hədsiz olmadığını vurğulayıb. Deputat bildirib ki, bu gün LDNR-də vəziyyəti yaxşılaşdırmağın başqa yolları yoxdur."Millətçilərin, terrorçuların və bütün asketlərin hərbi fantaziyalarında həddi-hüdudu yoxdur. Biz yalanları, təxribatları, vəziyyətin hər cür gərginləşməsini görürük. Bu gün medianın sayəsində bütün ictimaiyyətin, o cümlədən Ukraynadakı mülki şəxslərin də buna baxmasını ürəkdən arzu edirəm. Sonda ümid edirəm ki, Ukrayna xalqı zülmə qarşı ayağa qalxacaq, öz ölkəsinin inkişaf etmiş suveren dövlət olmasına və Vaşinqtonun xarici nəzarətinə son qoyacağına əmin olacaq”,- deyə parlamentari yekunlaşdırıb.

Tərcümə - Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə