Şəhla Abdullayeva: “Azərbaycan ilə Rusiya arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur” ŞƏRH

Şəhla Abdullayeva: “Azərbaycan ilə Rusiya arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur” ŞƏRH

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasındakı münasibətləri daha yüksək mərhələyə qaldırır. Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında mövcud tarixən qonşuluq əlaqələrini daha da genişləndirir və dərinləşdirir. 43 maddədən ibarət olan Moskva Bəyannaməsinin ana xəttini hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması təşkil edir. Bununla bağlı hər iki dövlət üzərlərinə öhdəliklər götürürlər. Şuşa bəyannaməsindən sonra Moskva bəyannaməsinin imzalanması Azərbaycanın milli maraqlarını tam cavab verir. İstər Şuşa Bəyannaməsi istərsədə Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Həm də ölkəmiz öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Sənəd əsasında tərəflərin üzərinə götürdüyü əsas öhdəliklərdən biri də separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Regionun əsas güc mərgəzləri olan Türkiyə və Rusiya ilə müttəfiq olmaq olduqca vacibdir. Bəyannamədə 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın mövqeyi dəstəklənir və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Rusiya və Azərbaycan ümumi təhlükə yaradan faktorları aradan qaldırmaq üçün birgə səy göstərməkdə maraqlarını ortaya qoyurlar. Eyni zamanda, tərəflər beynəlxalq birlikdə birgə fəaliyyət göstərmək üçün ümumi baxışların çox olduğunu və bunları daim axtarmağa çalışdıqlarını da sənəddə öz əksini tapıb. İqtisadi əməkdaşlıq və bunun yeni sahələrinin tapılması bəyannamədə xüsusilə vurğulanır. Bu da əlbəttə ki, dövlətin iqtisadi qüdrətinin artması, əhalinin sosialvəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək. Bu baxımdan demək olar ki, Azərbaycan ilə Rusiya arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Moskva Bəyannaməsinin imzalanması tarixi hadisədir və bu tarixi hadisənin diplomatik, siyasi qələbəsi Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq. Prezidenti lham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Ötən 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara imza atıb. Ən böyük qələbələrdən biri də şübhəsiz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində Ermənistan üzərində şanlı qələbədir. Bu qələbə xalq-iqtidar birliyinin sarsılmaz olduğunu göstərdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç bir vaxt bu qədər güclü olmamışdır. Təbii ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da uğurlara, nailiyyətlərə imza atacaq, xalqımız daha firavan, xoşbəxt günlər yaşayacaq.

Şəhla Abdullayeva,

YAP Ucar rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə