Hər kəsin Şuşaya borcu var və bunu ödəmək arzusundadır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Hər kəsin Şuşaya borcu var və bunu ödəmək arzusundadır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi heç də təsadüfi hal deyil. Bu Şuşanın Azərbaycan üçün nə qədər əhəmiyyətli olmasının ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, Şuşa xalqımızın tarixində və mədəniyyətində xüsusi rol oynayır: “Xalqımızın 44 günlük müharibəsinin rəmzi məhz Şuşadır. Bildiyiniz kimi Şuşanın həm idarəçilik, həm də inzibati sistemində bir çox yeniliklər həyata keçirilir. Həmçinin Qarbağda, azad olunmuş bütün ərazilərimizdə ciddi quruculuq işlərinin bir növ Şuşada başlanılması, "Şuşa ili"nin əsasının qoyulması və s. bütün bunlar Şuşanın müqəddəs bir torpaq olduğunu isbat edir. Təsadüfi deyil ki, Şuşaya getmək istəyən insanlar üstünlük təşkil edir. Sanki hər kəsin Şuşaya borcu var və hamı bu borcu ödəmək arzusundadır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə