İkitərəfli bəyannamə münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək - MÜNASİBƏT BİLDİRİLDİ

İkitərəfli bəyannamə münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyanına rəsmi səfərdədir. Cənab Prezident İlham Əliyevin fevralın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqları baş tutacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclidin deputatı Şahin Seyidzadə bildirib.

Onun sözlərinə görə, görüşdə siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafına dair müzakirələrin aparılması planlaşdırılıb: “Eləcə də Rusiya-Azərbaycan-Ermənstan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il sazişlərin, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair məsələlər müzakirə olunacaq. Danışıqların nəticəsi olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiq Əməkdaşlıq Bəyannaməsinin imzalanması gözlənilir. Sözsüz ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsindən sonra Rusiya ilə ikitərəfli bağlanan bu bəyannamə məhz regionda olan münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək. Digər tərəfdən bu görüş Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında olan əməkdaşlığın səviyyəsinin qalxmasına əsaslar yaradacaq. Qeyd edim ki, cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri çox vacib bir səfərdir və bu səfər təkcə Azərbaycanın inkişafı üçün yox, ümumi regionun inkişafına da müsbət təsir göstərəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə