Varşavadaki körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Polşanın paytaxtı Varşavada Visla çayı üzərində yerləşən və şəhərin ən füsunkar körpülərindən olan Şlonsko-Dombrovski körpüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə işıqlandırılıb. SİA xəbər verir ki, Azərbaycanın Polşadakı Səfirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında doplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümün qeyd edilməsi məqsədilə Səfirliyin təşəbbüsü ilə 21 fevral tarixində Varşavanın Visla çayı üzərində yerləşən ən füsunkar körpülərindən olan Şlonsko-Dombrovski körpüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə işıqlandırılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB