“Azərbaycan Respublikasının Prezidenti Xocalı soyqırımının 30 illiyi münasibəti ilə sərəncam imzalayıb. Bu sərəncamda 30 il ərzində törədilmiş böyük bir faciə, soyqırım şərh olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, eyni zamanda digər yerlərdə törədilmiş qətliamlar da xatırladılır: “Ümumiyyətlə erməni işğalı nəticəsində 20 mindən artıq vətəndaşmızın həlak olması, 50 mindən çox insanın isə yaralandığı qeyd olunur. Xüsusilə Xocalı soyqırımı zamanı 613 nəfərin genosidə uğraması, eyni zamanda 1250-ə yaxın insanın isə əsir düşməsi bir daha diqqətə çatdırılıb. Cənab Prezident əlbəttə bütün bu tədbirlər planını hazırlanıb, həyata keçirilməsində Prezident Adminstrasiyasına həvalə edib. Çünki bu 30 illik bir tarixdir. Bir daha bu sərəncam da bildirilir ki, heç vaxt Azərbaycan xalqı bu soyqırımı yaddan çıxartmayacaq. Doğurdan da bizim tarixi, əzəli torpağımızda yerləşərək, ermənilər zaman-zaman Azərbaycan xalqını məhv etməyə çalışıblar. Biz 1905, 1918, 1947,1948, 1988-ci ildə və digər zamanlarda ermənilərin bizə düşmən kəsildiklərinin şahidi olmuşuq. Hesab edirəm ki, 30 illik tarix böyük bir tarixdir. Bunu Diaspora Komitəsi də xaricdə daha geniş şəkildə qeyd edilməsinə diqqət ayırmalıdır. Bizim hər birimiz hər zaman bu soyqırımı anmalıyıq. Bu hadisə baş verən zaman mən Ali Sovetin deputatı idim. Məhz Xocalı hadisəsi baş verən günün səhərisi dərhal Ağdam istiqamətinə getdim və orada Xocalıda baş verən hadisələri izləmişəm. Meyitlərin gətirilməsi, məscidə yığılması bu proseslərin hər birinin canlı şahidi olmuşam. Təsadüfi deyil ki, qayıtdıqdan sonra Azərbaycan Respublikasının Ali Sovetinin tribunasından çox kəskin şəkildə çıxış edərək, bu hadisənin heç bir insanlığa sığmadığını bildirmişəm. Hesab edirəm ki, biz milli birliyimizi artırmalıyıq. Ali Baş Komandanın ətrafında birləşib, düşmənimizi daha yaxşı tanıyıb, ondan qisasımızı daha yaxşı almalıyıq. Eyni zamanda soyqırım cinayətləri ilə bağlı beynəlxalq və milli məhkəmələrdə hüquqi prosedurları həyata keçirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB