Bu ərazilərdə turizmin inkişafı üçün böyük potensial var - Britaniyalı səyyah
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizmin inkişafı üçün böyük potensial var". SİA-nın verdiyi məlumata görə, Böyük Britaniyadan olan səyyah, “NomadMania” turizm qrupunun təsisçisi Harri Mitsidis Bakıdakı mətbuat konfransında bildirib.
Xatırladaq ki, 21 ölkədən olan bir qrup tanınmış səyyah Azərbaycanın işğaldan azad olunmuş ərazilərində üç gün ərzində Füzuli -Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu ilə səyahət edərək həmin yerlərin tarixi, mədəniyyət abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, hazırda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB