Rusiya-Ukrayna böhranı: kim qazanır, kim itirir? ANALİTİK+AKTUAL

Rusiya-Ukrayna böhranı: kim qazanır, kim itirir? ANALİTİK+AKTUAL

Ukrayna böhranı beynəlxalq siyasi gündəmin diqqəti mərkəzində qalmaqda davam edir. Belə ki, ABŞ və Böyük Britaniya kimi bəzi ölkələr inadkarlıqla müharibənin başlayacağını böyük ehtimallarla bəyan etsələr də, nə Ukrayna, nə də ki, Rusiya iqi miqyaslı müharibənin yaxın günlərdə başlayacağını gözləmirlər. Bütün bunların fonunda isə Ukrayna böhranının gələcəyini müəyyən edəcək üç qrupun da mövcud olduğunu deyə bilərik.

Birinci qrup – Qərb cəbhəsi

Birinci qrup Qərb cəbhəsidir və bu cəbhəni ABŞ-la Böyük Britaniya təmsil edir. Həmin qrupun əsas hədəfi, ilk növbədə, Rusiyadır.

İkinci hədəf isə NATO-nun hərbi alyans olaraq Rusiya sərhədlərinə doğru genişləndirilməsidir. Ancaq fakt budur ki, Rusiya öz dirənişini məhz həmin genişlənməyə qarşı göstərir və NATO ekspansionimzmini bacardıqca irəliləməyə imkan verməməyə, öz təhlükəsizliyini təmin etmək məqsədi ilə çalışır.

İkinci qrup – Ukrayna və Rusiya

Ukrayna böhranındakı ikinci qrup isə məhz qarşı dayanan tərəflərdir – Ukrayna və Rusiya. Əgər müharibə baş verərsə bu dəhşətli nəticələrə gətirib çıxaracaq və hər iki ölkə üçün acınacaqlı vəziyyət yaranacaq. Bu xüsusda bəzi Qərb ölkələrinin son hədd ölçülərini götürmələrindən sonra isə Ukrayna sadəcə şok keçirdi. Belə ki, həmin təlaşa da səbəblər var idi. Misal üçün, səfirliklərdə çalışan dipmissiyaların geriyə çağırılmaları, şiktərlərin bağlanmaları, Ukraynaya və əks istiqamətdə aviaresyslərin saxlanılmaları buna kifayət qədər zəmin yaratmış oldu.

Uçüncü qrup – Avropa İttifaqı ölkələri: əsasən, Fransa və Almaniya

Böhranda yer alan üçüncü qrup Avropa İttifaqı ölkələridir. Bu məsələdə ABŞ Aİ ölkələrinə nümayiş etdirməyə çalışdı ki, onlar Amerikanın təhlükəsizlik çətiri altındadırlar, yəni NATO onların təhlükəsizlik qarantıdır. Ancaq Aİ ölkələri, xüsusilə Fransa və Almaniya fərqli düşünürlər və ABŞ-ın hərbi gücündən asılı olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Bu baxımdan, adıçəkilən hər iki ölkənin rəhbərliyi ilə Aİ-nin 25 ölkəsi ümumi Avropa ordusunun yaradılması prosesinə başlanıldığını göstərməyə başladılar. Yaradılan PESCO adlı qurum isə Avropanın müdafiəsi və təhlükəsizliyi məsələsindəki daiimi əməkdaşlığı nəzərdə tutur. Bunun nəticəsində Aİ paralel şəkildə Ukrayna böhranında loyal mövqe tutduğunu sərgiləyir.

Almaniyanın passivliyinin səbəblərindən biri bu ölkənin Rusiyadan olan enerji asılılığıdır

Onu da qeyd edək ki, Aİ-yə üzv ölkələr arasında olan Almaniya kimi dövlətlər yaxşı bilirlər ki, Ukraynada böyük müharibə başlayarsa həmin savaşdan ən çox zərər görəcək Avropa ölkəsi kimi məhz Almaniya olacaq.

Başqa yandan, enerji sahəsində Rusiyadan uzunmüddətli asılılıq isə Almaniyanın Ukrayna böhranında passiv mövqe nümayiş etdirməsinə səbəb olmaqdadır. Misal üüçün, Reuters agentliyinin əldə etdiyi məlumatına görə, Rusiya Almaniyanı təbii qaz tələbatının 32 faizini təmin edir. O cümlədən, Almaniya xam neftin 34%-ni, kömürün isə 54%-ni Rusiyadan alır. Baxmayaraq ki, Almaniya kansleri Şolts ABŞ-ın təzyiqi altında məcbur qalaraq Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Şimal Axını-2 layihəsini realizə etməyəcəyini bəyan etsə də, o, yaxşı bilir ki, sözügedən senari Almaniyanın enerji təhlükəsizliyinə böyük zərərlər vura bilər. Ona görə də Almaniya əlində olan bütün imkanlarından istifadə edərək böhranın silahlı münaqişəyə çevrilməyəcəyinə yol verməməyə cəhdlər göstərir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə