Köhnə şakəri istefada olan erməni polkovnikinin sərsəm beynini tərk etməyibmiş...
“150 min şəxsi heyəti olan super müasir erməni ordusu türklərə güclü zərbə endirə bilər”. SİA xəbər verir ki, bu sərsəm fikirləri 25TV-nin “İntervyu” proqramına müsahibəsi zamanı istefada olan polkovnik, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Ermənistan müdafiə nazirliyinin sözçüsü Artsrun Ovannisyan deyib.
Onun sözlərinə görə, bəşəriyyət və müasir dövlətlər 6-cı nəsil fazasına daxil olur və bu, müəyyən mənada sənaye inqilabı və texnoloji tərəqqi sayəsində baş verir.
Ovannisyan hesab edir ki, ermənilər məhz bu çərçivədə ordu qurmalı, hədəfləri müəyyən etməli, yol xəritələrini realizə etməlidirlər. Onun sözlərinə görə, belə bir imkan ermənilərdə var, amma ilk növbədə təhsilin keyfiyyətində aksent qoymaq lazımdır və s.
Əslində, 44 günlük müharibə vaxtı döyüş ruhu ən yüksək səviyyədə olan, həmçinin ən müasir hərbi-texniki vasitələrlə, silahlarla təmin edilmiş Azərbaycan Ordusu qarşısında döyüşmək üçün qorxaq, saysız-hesabsız fərarilikləri ilə ad çıxarmış erməni əsgər və zabitlərini özünün pafoslu bəyanatları sayəsində açıq-aşkar “ət maşınının” ağzına verən Artsrun Ovannisyanın erməni ordusunun sonrakı müddətdə hansı fazada inkişaf edib-etməyəcəyi ilə bağlı fikirləri maraqlı deyil və bundan sonra erməni ordusunun inkişaf etməsi də mümkün görünmür.
Lakin onun köhnə şakəri hələ də şkalaları vurub-keçir və onun “150 min şəxsi heyəti olan super müasir erməni ordusu türklərə güclü zərbə endirə bilər” tipli ifadəsi hətta erməni ictimaiyyətində gülüşlə qarşılanıb. Görünür, Artsrununun xəyalları hələ də Hadrutda qalıb...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB