"“3+3” formatı regional inkişaf üçün çox böyük zəminlər yaratmaq gücündədir. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Bu reallıqlar tək ölkəmiz üçün deyil, ümumiyyətlə bütün dünya üçün əhəmiyyətli zəmin yaradıb". Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün “3+3” formatı gündəmə gəlib: "Çünki bunun mərkəzində əlbəttə ki, Azərbaycan, Gürcüstan və Ermənistan dayanırsa, onun kənarında Rusiya, Türkiyə və İran dayanır. Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla “3+3” formatının həm özəyində, həm də kənar halqasında çox həlledici bir mövqeyə malikdir. Azərbaycan Cənubi Qafqazdakı konflikti uğurla həll etməklə, həmçinin Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün də zəmin yaradıb. Elə “3+3” formatı buna əsaslanır".
Deputat həmçinin qeyd edib ki, alıcı qabiliyyəti, prioritetləri götürsək, “3+3” formatı ümumiyyətlə həm Avrasiya İttifaqı ölkələri üçün, həm Asiya ölkələri üçün bir yoldur: "“3+3” formatı 331 milyona yaxın təxminən əhalisi olan bir bölgənin böyük iqtisadi kommunikasiyalarının inkişafı deməkdir. Hesab edirəm ki, bu baxımdan “3+3” formatı yaranmış yeni reallıqları özündə əks etdirən geosiyasi platformadır. Bu platformada iqtisadi və siyasi baxımından vaxtında istifadə etməklə regionda və dünyada sülhün təhlükəsizliyini və iqtisadi əməkdaşlığın yarnması üçün böyük bir platformanı görmüş olarıq. Bu platformanın formalaşdırılması ilə regionda sülhün bərqərar olması və iqtisadi-siyasi əlaqələrin genişləndirilməsinə böyük bir dəstək olacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB