Prezidentin səfərləri Ermənistana və dünya ictimaiyyətinə mesajdır - MÜNASİBƏT BİLDİRİLDİ
“Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı Azərbaycanla Ermənistan münasibətlərinə həsr olunmuş fikirləri bizim üçün maraqlıdır. Düşünürəm ki, çıxışlarında qeyd etdiyi fikirlərini Ermənistan cəmiyyətinə daha aydın şəkildə çatdırır”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, cənab Prezident bu səfərlərdə dünya ictimaiyyətinə də mesajlar ötürür: “Azərbaycan dövləti Qarabağı işğaldan azad edib. Amma Xankindəndə və bəzi ərazilərdə hələ də erməni silahlı birləşmələri var ki, onlar həmin ərazidən çıxarılmalıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır, amma Ermənistan tərəfi bunu gecikdirir. Azərbaycan və Ermənistanın sərhədləri müəyyənləşdirilməlidir. Ermənistan hələ ki bununla bağlı konkret addımlar atmır. Cənab Prezident Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd etmişdir. Əlbəttə bu vacib məsələlərdən biridir. Yəni bu məsələlərin gündəmdən düşməməsi çox önəmlidir və Prezident də bunun öhdəsindən çox yaxşı gələ bilir. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərə Prezidentin səfərləri Ermənistana və dünya ictimaiyyətinə bir mesajdır ki, Azərbaycan həmin ərazilərdə yenidənqurma işləri həyata keçirir və azərbaycanlıların Böyük Qayıdışı yaxın zaman içərisində həyata keçiriləcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB